Bakı metrosunda nasazlıq - Qatar dayanmadan hərəkət etdi

Bu gün saat 18:35 radələrində Bakı metrosunda qatarların birində nasazlıq yaranıb və nəticədə qatar "Elmlər Akademiyası" stansiyasında dayanmadan keçib.

Bakı metrosunda nasazlıq - Qatar dayanmadan hərəkət etdi
https://peyk.az

Peyk.az xəbər verir ki, qatarda olan nasazlıq nəticəsində vaqonların qapıları açılmayıb və stansiya əməkdaşları səsgücləndiricilər vasitəsi ilə sərnişinləri nasazlıqla bağlı xəbərdar ediblər.

"Həzi Aslanov" – "Dərnəgül" istiqamətində hərəkət edən qatarın nasazlıq səbəbindən "İnşaatçılar" stansiyasına çatmamış tuneldə dayandığı, vaqonların işıqlarının söndüyü deyilir.

"İnşaatçılar" stansiyasında dayanan qatarın bütün sərnişinləri boşaldılıb.