Bakı-Pirşağı qatarının hərəkət cədvəli açıqlandı

Dekabrın 2-dən Bakı-Pirşağı-Bakı qatarı hərəkətə başlayır.

Bakı-Pirşağı qatarının hərəkət cədvəli açıqlandı
https://peyk.az

Belə ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılır.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsindən bildirilib ki, hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.