Bakı polisinin tanınmış mayoru ölümlə təhdid edildi

Bakı polisinin tanınmış mayoru ölümlə təhdid edildi
https://www.peyk.az

Feysbuk sosial şəbəkəsində “Evez Vahidovic” adlı profildən Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev təhdid edilir.

Axar.az xəbər verir ki, artıq iki gündür Elşad Hacıyevi “vətən xaini” adlandıran və ona ölüm şüarı səsləndirən “Evez Vahidoviç” mayorun başına pul mükafatı da təyin edib.

Onun E.Hacıyevin fotosunu paylaşaraq, “Kim bunu qətlə yetirsə, 10 000 AZN verəcəm” paylaşımı diqqət çəkib.

BŞBPİ-dən bu təhdidə reaksiya verilməyib.