Bakı sakini yük avtomobilin altında qalaraq ölüb

Bakı sakini yük avtomobilin altında qalaraq ölüb
https://www.peyk.az

Binəqədi rayonunda yol qəzası zamanı bir nəfər ölüb.

APA xəbər verir ki, hadisə Binəqədi şossesində baş verib.

 

Belə ki, 1975-ci il təvəllüdlü Allahverdiyeva Zərxanım Ənvər qızı piyada keçidindən keçən zaman “KamAz” markalı yük avtomobili onun üzərindən keçib. Qadın hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.