Bakı-Sumqayıt qatarında TEXNİKİ NASAZLIQ

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb.

Bakı-Sumqayıt qatarında TEXNİKİ NASAZLIQ
https://peyk.az

"Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.

Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.