Bakı və Ankara arasında mühüm memorandum

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında” Anlaşma Memorandumunun təsdiq edib.

Bakı və Ankara arasında mühüm memorandum
https://peyk.az

Peyk.az xəbər verir ki, komitə sədri Ziyad Səmədzadə qanun layihəsinin iki ölkə arasında gömrük rüsumlarını sadələşdirməyə hesablandığını deyib: “Sadələşdirilən gömrük dəhlizi yaratmaqla gömrük fəaliyyətinin səmərəliyinin və nəzarətinin artırılması nəzərdə tutulub”.

Ziyad Səmədzadə əlavə edib ki, qanun layihəsi sadə və məzmunludur.