Bakıda 100 yaşlı bina ölüm təhlükəsi saçır — VİDEO

Paytaxtın Nərimanov rayonu, Mirzəbala Məmmədzadə 10 ünvanındakı dördmərtəbəli tikili də acınacaqlı vəziyyətdədir. Burada sakinlər üçün yaşamaq nəinki çətin, hətta təhlükəlidir.

Bakıda 100 yaşlı bina ölüm təhlükəsi saçır — VİDEO

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb:

Məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 4 661 test edildiyi bildirilib.

Qeyd olunub ki, yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 294 264 test aparılıb. Aktiv xəstə sayı 1858 nəfərdir. 82 nəfər reanimasiyada, 15 nəfər süni tənəffüs cihazındadır.

"Ölkə.Az" xəbər verir ki, bu sözləri uzman həkim Vasif İsmayıl havaların istiləşməsi ilə koronavirusa yoluxma hallarının aradan qalxa biləcəyi ehtimalına aydınlıq gətirərkən deyib.

Həkim bildirib ki, “İstilər düşdüyü zaman virusun zəifləməsi mexanizmi fərqlidir. Yəni bu, hava isindiyi üçün virus öləcək deyə bir şey deyil. Bu, ondan irəli gəlir ki, isti aylarda insanlar daha çox hərəkət edirlər, özlərini daha yaxşı hiss edilər ki, bu da onların immun sistemini möhkəmləndirir. Ona görə də biz deyirik ki, virusun sürəti aşağı düşəcək. Amma gördüyünüz kimi virus elə də aradan qalxmayıb. Yenə də yoluxmalar davam edir”.

V.İsmayıl yoluxma hallarının artmasını nəzərə alaraq, virusdan qorunma ilə bağlı indiyə qədərki tövsiyələrə ciddi şəkildə əməl edilməsinin vacibliyini bir daha vurğulayıb:

“Əminliklə bildirirəm ki, virus haradasa bir il belə davam edəcək. Ona görə də insanlar mütləq şəkildə sosial məsafəni qorumalı və gigiyenik qaydalara əməl etməlidirlər.

İnsanlar həmçinin düzgün qidalanmalı, mütləq şəkildə meyvə-tərəvəz balansına fikir verməlidirlər. Çoxlu su içmək isə həmişə məsləhətlidir”.

İnsanların mütləq şəkildə kütləvilikdən kənar olmalarını tövsiyə edən həkim toy və yas mərasimləri ilə bağlı fikirlərini də açıqlayıb:

“Toy və yas mərasimlərinə uzun müddət icazə verilməyəcək. İnsanlar bunu bilsinlər. Ola bilsin ki, müəyyən qaydalar və məhdudiyyətlərlə bu, baş tutsun. Amma mən inanmıram ki, bir müddətə qədər buna icazə verilsin. Çünki belə məclislər ən kütləvi yoluxma şəkillərindən biridir”.