Bakıda 33 yaşlı qadını bıçaqlayan şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

"Ölkə.Az" xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bakıda 33 yaşlı qadını bıçaqlayan şəxsin MƏHKƏMƏSİ BAŞLAYIR

Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası iyun ayının 11-nə təyin olunub.

Qeyd edək ki, hadisə paytaxtın Səbail rayonu ərazisində qeydə alınıb.

Belə ki, Abşeron rayon sakini, 1986-cı il təvəllüdlü Əli Abdilov 1987-ci il təvəllüdlü Aysel Kazımovaya bıçaqla xəsarət yetirib.

Həkimlərin səyi nəticəsində yaralının həyatını xias etmək mümkün olub.

Polis əməkdaşları tərəfindən saxlanılan Əli Abdilova cinayət məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub.

Ölkə.Az

;