Bakıda 37 yaşlı kişini boğazından bıçaqladılar

"Ölkə.Az" xəbər verir ki, hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb.

Bakıda 37 yaşlı kişini boğazından bıçaqladılar

Qəsəbə ərazisində 37 yaşlı Mustafayev Fərid Fərhad oğlu ;naməlum şəxs tərəfindən bıçaqlanıb. Təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılan yaralıya döş qəfəsinin və boynun kəsilmiş-deşilmiş yarası diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Ölkə.Az