Bakıda 41 yaşlı kişi iranlı tələbə qızı ölümlə hədələdi

Bakıda əcnəbi tələbə ölümlə təhdid edilib.

Bakıda 41 yaşlı kişi iranlı tələbə qızı ölümlə hədələdi
https://peyk.az

Peyk.az-ın məlumatına görə, bu barədə polisə İran vətəndaşı, Azərbaycan Tibb Universitetinin 2-ci kurs tələbəsi, 2000-ci il təvəllüdlü Hanifehzadeh Helia Nadir qızı məlumat verib.

O bildirib ki, noyabrın 29-da paytaxtın Səbail rayonu, A.Zeynallı küçəsi 3 saylı ünvanın qarşısında tanışı, 1978-ci il təvəllüdlü Rəhimov Ülvi Sübhan oğlu onu ölümlə hədələyib.