Bakıda avtomobil idarəetmədən çıxdı, 3 nəfər xəsarət aldı- FOTO

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

Bakıda avtomobil idarəetmədən çıxdı, 3 nəfər xəsarət aldı- FOTO

Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Yeni Ramana qəsəbəsində 10-XC-992 dövlət nömrə nişanlı, VAZ-21099 markalı avtomobil yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil qarşıdan gələn 99-DL-718 dövlət nömrə nişanlı “Kia Rio” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində VAZ-21099-da olan qadın sərnişin xəsarət alıb. Həmçinin sürücü zərbənin təsirindən deformasiyaya uğramış avtomobilin sükanına sıxılıb. O, ətrafdakıların köməyi ilə avtomobildən çıxarılıb.

Qəza nəticəsində eləcə də ;digər avtomobilin də sürücüsü yüngül xəsarət alıb. Qeyd edək ki, hadisə zamanı VAZ-21099-da azyaşlılar da olub. Xoşbəxtlikdən onların heç biri xəsarət almayıb.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Vüsal Məmmədov ;