Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır

Bu gün Bakıda bədii gimnastika üzrə dünya çempionatı start götürəcək.

Bakıda bədii gimnastika üzrə dünya çempionatı başlayır
https://www.peyk.az

APA -nın məlumatına görə, 7 gün davam edəcək mundialda 62 ölkədən 312 idmançı xalça üzərinə çıxacaq.

Milli Gimnastika Arenasında təşkil olunacaq yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına əsas təsnifat xarakteri daşıyacaq. Olimpiadaya 98 vəsiqədən 41-i dünya çempionatında sahibini tapacaq.

Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla, ilk 16 yeri tutacaq gimnastlar Yaponiya paytaxtında iştirak hüququ əldə edəcəklər. Qrup hərəkətlərində isə ilk “beşlik” dörd illiyin ən möhtəşəm yarışına vəsiqə qazanacaq. DÇ-2018-də mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə çıxdığından 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Azərbaycan yığması dünya çempionatına 9 idmançı ilə qatılacaq. Ölkəmizi yarışın fərdi proqramında Zöhrə Ağamirova, Yelizaveta Luzan, Veronika Hudis və Məryəm Səfərova təmsil edəcəklər. Qrup hərəkətləri üzrə mübarizədə isə xalça üzərinə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova çıxacaqlar.

İlk 5 gündə fərdi gimnastlar xalçaya çıxacaqlarsa, son 2 gündə qrup hərəkəti üzrə komandalar güclərini yoxlayacaqlar. İlk dəst medal isə sentyabrın 17-də öz sahibini tapacaq. Dünya çempionatının bağlanışı sentyabrın 22-də, saat 16:15-də olacaq.

Dünya çempionatının təqvimi

16 sentyabr

12:00 - 13:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top (növbə ilə)

13:35 - 15:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top

16:00 - 17:20. C qrup, təsnifat mərhələsi. Halqa və top

17:35 - 18:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top

19:15 - 20:00. Açılış mərasimi

17 sentyabr

10:00 - 11:20. C qrupu, təsnifat mərhələsi. Halqa və top

11:35 - 12:50. D qrupu, təsnifat mərhələsi. Halqa və top

14:00-15:20. A qrupu, təsnifat mərhələsi. Halqa və top

15:35 - 17:00. B qrupu, təsnifat mərhələsi. Halqa və top

19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - halqa

20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - top

20:40 - 20:55. Mükafatlandırma mərasimi: Halqa və top

18 sentyabr

12:00 - 13:40. D qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

13:55 - 15:40. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

15:40 - 16:40. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

18:55 - 20:50. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

19 sentyabr

09:00 - 11:00. B qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

11:15 - 13:10. A qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

14:10 - 15:50. D qrupu, təsnifat yarışı. Gürzlər və lent

16:05 - 17:50. C qrupu, təsnifat mərhələsi. Gürzlər və lent

19:30 - 20:00. Ayrı-ayrı alətlər. Final - gürzlər

20:05 - 20:35. Ayrı-ayrı alətlər. Final - lent

20:40 - 21:00. Mükafatlandırma mərasimi: Gürzlər və lent

20 sentyabr

14:30 - 17:25. Çoxnövçülük üzrə final, B qrupu (təsnifatda 13-24-cü yerləri tutmuş gimnastlar)

17:40 - 20:35. Çoxnövçülük üzrə final, A qrupu (təsnifatda 1-12-ci yerləri tutmuş gimnastlar)

20:35 - 20:40. “Longines” mükafatı – “Prize of Elegance”

20:40 - 20:50 Mükafatlandırma mərasimi: Çoxnövçülük

21 sentyabr

14:30 - 16:10. Qrup hərəkətləri, A qrupu. - 5 top, 3 halqa + 2 cüt gürz (növbə ilə)

16:30 - 18:10. Qrup hərəkətləri, B qrupu, 5 top, 3 halqa + 2 cüt gürz

18:15 - 18:25. Mükafatlandırma mərasimi: Çoxnövçülük

22 sentyabr

14:30 - 15:13. Qrup hərəkətləri, final - 5 top

15:15 - 15:58. Qrup hərəkətləri, final - 3 halqa + 2 cüt gürz

16:00 - 16:15. Mükafatlandırma mərasimi: 5 top / 3 halqa + 2 cüt gürz

16:15 - 16:45. Bağlanış mərasimi, Qala konsert