Bakıda binada yanğın baş verib — FOTOLAR

"Ölkə.Az" xəbər verir ki, hadisə Gülarə Qədirbəyova küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Bakıda binada yanğın baş verib — FOTOLAR

Məlumata görə, ev təmir olunduğundan mənzildə heç kəs olmayıb. İlkin ehtimallara görə, yanğın qısaqapanma səbəbindən yaranıb.

Əraziyə FHN-in Nərimanov Rayonu üzrə Dövlət Yanğından Mühafizə Xidmətinin üç texnikası və canlı qüvvəsi cəlb olunub. Mənzildə olan çarpayı və digər yanar konstruksiyalar yanaraq yararsız hala düşüb. Alov söndürülüb.

Yanğının digər mənzillərə keçməsinin qarşısı alınıb. Yağın zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. oxu.az ; ; ; ; ;