Bakıda bir gündə iki piyadanı avtomobil vurdu

Peyk.az report-a istinadən xəbər verir ki, ilk hadisə Qaradağ rayonunun Müşviqabad qəsəbəsində baş verib.

Bakıda bir gündə iki piyadanı avtomobil vurdu
https://peyk.az

Belə ki, "Toyota Prado" markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş hissədə yolu keçən 1964-cü il təvəllüdlü Hacıyeva Sevinc Fazil qızını vurub.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çanaq sümüklərinin sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Digər hadisə paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.

Belə ki, yolu keçən 1967-ci il təvəllüdlü Allahyarov Nizami İbrahim oğlunu avtomobil vurub.

Yaralı təcili yardım xidmətinin köməyi ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılsa da, daha sonra paytaxtda yerləşən özəl xəstəxalardan birinə aparılıb. Müayinə zamani ona qapalı kəllə beyin travması diaqnozu qoyulub.