Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirildi

Bakıda 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi dəyişdirilib.

Bakıda bu marşrutun hərəkət istiqaməti dəyişdirildi
https://peyk.az

Peyk.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırıldığından 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusun hərəkət sxemi də dəyişdirilib.

Bu xətt üzrə avtobuslar digər avtomobillərlə yanaşı köhnə yol ilə 20-ci sahə adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru hərəkət edəcək.

Dəyişiklik ərazidə təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.