Bakıda DƏHŞƏT: 10 yaşlı qız intihar etdi

Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Bakıda DƏHŞƏT: 10 yaşlı qız intihar etdi

Bakının Sabunçu rayonunda 10 yaşlı qız intihar edib.

Peyk.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, faciə mayın 5-i saat 15:30 radələrində baş verib.

Zabrat qəsəbəsində yaşayan Dilbər Kazımova (2010-cu il təvəllüdlü) örpək vasitəsi il mənzilindəki şkafın qapısından özünü asıb.

İntihar zamanı azyaşlının anası evdə olub. Lakin D. Kazımovanın intiharı həyata keçirdiyi otağın qapısını kilidləməsi hadisənin qarşısını almağa mane olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumatda bildirilir ki, Kazımovlar ailəsində üç uşaq olub: iki qız, bir oğlan. Qohumlarının bildirdiyinə görə, Dilbərin psixoloji problemləri olub.

Faktla bağlı cinayət işi açılıb. Rayon prokurorluğunda cinayət işi ilə bağlı istintaq aparılır.

www.peyk.az