Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO

Bu gün Bakıda əsən güclü külək nəticəsində səkkiz ağac aşıb.

Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO
https://peyk.az

Peyk.az bildirir ki, bunu oxu.az-a açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, ağacların aşması nəticəsində iki maşına ziyan dəyib:

"Xoşbəxtlikdən xəsarət alan olmayıb. Ağacların aşma halları paytaxtın Yasamal, Nəsimi, Nərimanov və Sabunçu rayonlarında daha çox müşahidə olunub".

Birliyin rəisi qeyd edib ki, hazırda Birliyin əməkdaşları gücləndirilmiş rejimdə çalışırlar:

"Vətəndaşlar diqqətli olmalıdırlar. Sürücülərdən də xahiş edirik ki, avtomobillərini hündür və iri gövdəli ağacların altında saxlamasınlar".
Bakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTOBakıda güclü külək ağacları maşınların üzərinə aşırdı - FOTO