Bakıda idman müəllimi küçənin ortasında bıçaqlandı

Bakıda gənc oğlan bıçaqlanıb.

Bakıda idman müəllimi küçənin ortasında bıçaqlandı
https://peyk.az

Peyk.az trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, Suraxanı rayonu 131 saylı orta məktəbin idman müəllimi, 1996-cı il təvəllüdlü Əhmədov Çingiz Vaqif oğlu gecə saatlarında Xətai rayonu, Babək prospekti 23/47 ünvanında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı cinayət işi başlanıb.