Home Gündəm Bakıda iki avtobus toqquşdu – FOTO

Bakıda iki avtobus toqquşdu – FOTO

168
0

Bakıda iki avtobus toqquşdu – FOTO

Ötən gün axşam saatlarında metronun “Koroğlu” stansiyasının yaxınlığında iki sərnişin avtobusunun iştirakı ilə qəza baş verib.

Peyk.az “Oxu.az”-a istinadən xəbər verir ki, 160 saylı marşrut avtobusu ilə 139 saylı avtobus toqquşub.

Nəqliyyat mübadilə mərkəzindəki hadisə zamanı 160 saylı avtobusun şüşələri sınaraq tökülüb.

Sərnişinlərdən bir neçəsi yüngül xəsarət alıb. Hər iki avtobusa ziyan dəyib.

Qeyd edək ki, bir müddət əvvəl 160 saylı xəttə yeni “Karsan” markalı avtobuslar verilib.

Xəttin istismarı “Çinar Trans” şirkətinə həvalə edilib.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here