Bakıda iki avtobus toqquşması nəticəsində xəsarət alanların adı məlum oldu - YENİLƏNİB

Bakıda iki avtobus toqquşması nəticəsində xəsarət alanların adı məlum oldu - YENİLƏNİB

Bakıda iki avtobus toqquşması nəticəsində xəsarət alanların adı məlum oldu - YENİLƏNİB

Sabunçu rayonunda 2 avtobusun toqquşması zamanı 9 nəfər xəsarət alıb. Hadisə Yeni Ramana qəsəbəsində baş verib. Qəsəbə ərazisində fəaliyyət göstərən 106 və 214 saylı sərnişin avtobusları toqquşub.

Nəticədə 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı 106 saylı avtobusda olan yaralıların adları:

1950-ci il təvəllüdlü Məmmədova Rəna Şükür qızı;

1959-cu il təvəllüdlü Məmmədova Mülayim Tanrıverdi qızı;

1960-cı il təvəllüdlü Əliyeva Həqiqət Səməd qızı;

1966-cı il təvəllüdlü Ağayeva Təranə Sahib qızı;

1967-ci il təvəllüdlü Əhmədova Kəmalə Əjdər qızı;

1973-ci il təvəllüdlü Abbasova Yasəmən Əşrəf qızı;

1974-cü il təvəlüldlü Arixova Bahar Rəfi qızı;

55 yaşlı Novruzova Şəlalə Qüdrət qızı;

1995-ci il təvəlüdlü Əhmədova Arzu Tariyel qızı.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

R.Məmmədovaya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub. Xəsarət alan digər şəxslərə isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

Bakıda iki sərnişin avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib:

"Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar".

Nazirlikdən qeyd edilib ki, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.