Bakıda İNTİHAR EDƏN kişinin arvadının MESAJI: Qurtuldum, özünü öldürdü - FOTO

Bakıda İNTİHAR EDƏN kişinin arvadının MESAJI: Qurtuldum, özünü öldürdü - FOTO

"İş saatım bu mesajla başladı...

Bir ay öncə qadın başına açılan müsibətlərlə bağlı müraciət etmişdi. İş məhkəmədə olduğu üçün əlimizdən gələn ancaq təhlükəsizlik baxımından sığınacaqla təmin etməni təklif etmişdim. Və səhər aldığım mesaj... Sanki qadın "mən xoşbəxtəm" demək istəyirdi həyat yoldaşının özünün öldürməsinə... Sevinmədim, amma bağışlayın məni, kədərlənmədim də..."

Milli.Az xəbər verir ki, bu fikirləri Azərbaycan uşaqları ictimai birliyinin sədri Kəmalə Ağazadə bir qadının ona yazdığı mesajı şərh edərkən deyib.

İctimai birlik sədri qadının narkoman ərinin intihar etməsi ilə bağlı ona yazdığı mesajı sosial şəbəkədə paylaşaraq fikirlərini aşağıdakı sözlərlə tamamlayıb:

"Gözümün qarşısına gətirəndə ki, bir qadının, bir ananın, bir bacının, bir övladın başı kəsilmədi, öldürülmədi, "şükür sənə İlahi" dedim... Amma Allahın əmanəti olan bir canı narkotik aldı... Bu bəlanı balalarımıza, qardaşlarımıza yoluxduranın allah bəlasını versin..."