Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA

Deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir:

Bakıda karantin rejimi yenidən sərtləşdirilir? — AÇIQLAMA

"Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verirlər. Bilirsiniz ki, cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı. Hətta yoluxanların sayında kifayyət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil.

Mağazalarda,marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmirlər. Ən önəmlisi isə ehtıyac oldu-olmadı insanlarımız çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı. Vətəndaşlarımızı bu məsələdə məsuliyyətli olmaqlarını məsləhət görürəm. Çünki insanlarımızın bu xəstəliyə biganəliyi özləri ilə yanaşı yaxınlarını və bütün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid altında qoyur. Düşünürəm ki, əgər yoluxma çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirə bilər. Əlbəttə bunu heç birimiz arzulamır, tezliklə normal həyatımıza qayıtmaq istəyirik. Bunun üçün də Operativ Qərargahın tövsiyyələrinə əməl etməli, qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sanitar-gigyenik qaydalara əməl etməliyik. Düşünürəm ki, bu virusa dövlət-vətəndaş birliyi ilə qalib gələ bilərik".Sonxəbər

Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet” və “Yavuz Sultan Səlim” körpüləri 28 may - Respublika Günü münasibətilə Azərbaycanın dövlət bayrağının rəngləri ilə işıqlandırılacaq.

"Ölkə.Az" Report-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki Baş konsulluğundan verilən məlumata görə, bu tarixi kompozisiya konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutacaq.

May ayının 27-də gecə saatlarından başlayaraq, 28 mayadək davam edəcək işıqlandırma İstanbul şəhərindəki üç körpüdə eyni anda, dörd kompozisiya üzrə dəyişəcək.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariyaya qarşı tətbiq olunan hidroksixloroxin dərmanı ilə COVID-19-a qarşı aparılan kliniki testləri dayandırıb.

"Ölkə.Az" AZƏRTAC-a istinadən xəbər verir ki, beynəlxalq təşkilatın rəhbəri Tedros Qebreyesus təhlükəsizlik səbəbindən bu addımın atıldığını bildirib. Onun sözlərinə görə, bu dərmanın COVID-19 ilə əlaqədar təhlükəsizliyi yoxlamaq məqsədilə bir sıra ölkələrdə aparılan testləri müvəqqəti olaraq dayandırılıb. Bu barədə qərar hidroksixloroxinlə müalicədən sonra ölüm hallarının artmasına dair elmi araşdırma dərc edildikdən sonra verilib.

ABŞ-ın Harvard Universitetinin tibb fakültəsinin (Harvard Medical School) və Sürix Universitet Xəstəxanasının tədqiqat qrupu dünyanın müxtəlif ölkələrində 96 mindən artıq pasiyentin məlumatlarını araşdırıb və bu araşdırma “The Lancet“ ixtisas jurnalında dərc olunub. Tədqiqatçılar araşdırma zamanı hidroksixloroxin və xloroxinin COVID-19 pasiyentlərində heç bir müsbət nəticə vermədiyi barədə nəticə əldə ediblər, əksinə, bu dərmanların bir çox xəstələrdə ölüm riskini artırması müəyyən edilib. Həmçinin bu dərmanların ürək ritminin pozulması riskini artırdığı da bildirilir.

ÜST tərəfindən rəhbərlik edilən beynəlxalq tədqiqatlar çərçivəsində hidroksixloroxin testləri də həyata keçirilir. Bu testlərdə HİV, malyariya, Ebola və dağınıq skleroz kimi xəstəliklərə qarşı tətbiq olunan müxtəlif dərmanların COVID-19-a qarşı effekti də sınaqdan keçirilir. İki həftədən sonra hidroksixloroxinlə aparılan testlər barəsində yenidən məsləhətləşmələr keçirilməlidir.