Bakıda koronavirusa yoluxma üzrə lider rayon dəyişdi — STATİSTİKA

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı statistika açıqlanıb.

Bakıda koronavirusa yoluxma üzrə lider rayon dəyişdi — STATİSTİKA

Yeni statistika koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, COVID-19-a yoluxmanın yeni statistikasında paytaxtın Sabunçu rayonu ilk yerdədir. Burada yoluxma 12,8 faiz təşkil edir.

Əvvəllər ;ilk sıranı Yasamal rayonu tuturdu. Hazırda həmin rayonda yoluxma 12,7 faizdir.

Binəqədi rayonunda koronavirusa yoluxma ;12 faiz, Xətai rayonu 11,3 faizdir. ;

Eyni zamanda, Nəsimi rayonu üzrə yoluxma ;11,2 faiz, ;Nərimanovda 9,6 faiz, Suraxanıda ;9,1 faiz, Nizamidə 6,9, Qaradağda 6,8 faiz, Xəzərdə 4,5 ;faiz, Səbaildə 2,8 faiz və Pirallahıda 0,4 faiz təşkil edir.

Qeyd edək ki, hazırkı dövrədək ölkəmizdə 7876 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4377-si müalicə olunaraq sağalıb, 93-ü ;vəfat edib, 3406-sının ;xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. ;

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 343 391 test aparılıb. /oxu.az