Bakıda marketə basqın edildi

Bakı sakini marketin gözətçisini döyərək 7500 manat aparıb.

Bakıda marketə basqın edildi
https://peyk.az

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə yanvarın 6-da saat 1 radələrində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinə gələn şəxsin orada gözətçi işləyən paytaxt sakini R.Ağalarovu döyməsi, oradan 7500 manat pul götürüb hadisə yerini tərk etməsi barədə müraciət daxil olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Cavanşir Qulamov saxlanılıb.