Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü

"Ölkə.Az"ın trend-ə istinadən məlumatına görə, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib.

Bakıda əməliyyat olunan doqquz yaşlı uşaq xəstəxanada öldü

Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq, reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq, E.Abdullayev ölüb.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.