Bakıda naməlum şəxslər ər və arvadı döyərək bıçaqladılar

"Ölkə.Az" APA-ya istinadən ki, hadisə Qara Qarayev prospekti, 71 ünvanında baş verib.

Bakıda naməlum şəxslər ər və arvadı döyərək bıçaqladılar

Binanın həyətində 1992-ci il təvəllüdlü Manafov Nurlan Dövran oğlu və onun həyat yoldaşı 1993-cü il təvəllüdlü Vəlizadə Səidə Əkrəm qızı üç nəfər tərəfindən döyülüb.

N.Manafov ayağından bıçaqlanıb. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.