Bakıda polisə müqavimət göstərən şəxsə cinayət işi açıldı — VİDEO

"Ölkə.Az" xəbər verir ki, bu barədə Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Bakıda polisə müqavimət göstərən şəxsə cinayət işi açıldı — VİDEO

O bildirib ki, iyunun 6-da Xətai RPİ əməkdaşlarına bıçaqla müqavimət göstərən 1989-cu il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə məhkum olunan Emin Dadaşov zərərsizləşdirərək polis bölməsinə gətirilib.

E.Dadaşovun üzərindən 1 ədəd qatlanan tiyəli bıçaq maddi sübut kimi aşkar olunaraq götürülüb. Faktla bağlı toplanmış materiallar əsasında Xətai RPİ-nin İstintaq şöbəsində E.Dadaşov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

;