Bakıda qaçırdığı BMW ilə İsmayıllıda qəza törətdi

Bakıda qaçırdığı BMW ilə İsmayıllıda qəza törətdi
https://www.peyk.az

Bakıda oğurlanan avtomobil qəzaya düşüb.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə müraciət edən Sahil qəsəbə sakini E.Cəfərov sentyabrın 30-da saat 21 radələrində qəsəbə ərazisindən BMW markalı avtomobilinin qaçırıldığını və İsmayıllı rayonu ərazisində yol-nəqliyyat hadisəsinin törədilməsini bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qəbələ rayon sakini Ə.Osmanlı saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.