Bakıda qadın qızının 27 yaşlı sevgilisini bıçaqlayıb — MƏHKƏMƏ

"Ölkə.Az" xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Bakıda qadın qızının 27 yaşlı sevgilisini bıçaqlayıb — MƏHKƏMƏ

İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub.

İttihama görə, hadisə Xətai rayonunda baş verib. Rayonun Nəsrəddin Tusi küçəsində 27 yaşlı Kənan Binnətov A.Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaran yaralıya qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Dərhal əməliyat olunan Kənan Binnətovun həyatını xilas etmək mümkün olub.

Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Aynurə Qafarova həbs edilib.

İlkin məlumata görə, Kənan Binnətov hadisəni törədən şəxsin qızı ilə münasibətdə olsa da, sonradan onunla evlənməkdən imtina edib. Nəticədə A.Qafarova K.Binnətovu bıçaqlayıb.

A.Qafarova barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Ölkə.Az