Bakıda qadın qonşuluqda yaşayan kişi ilə... – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda qadın qonşuluqda yaşayan kişi ilə... – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI
https://www.peyk.az

Bakı şəhər Suraxanı rayonunda qətl törədilib.

Publika.az xəbər verir ki, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən mənzildə 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimovu bıçaqlayaraq öldürüb.

İlkin araşdırmalar zamanı məlum olub ki, İ.Həşimov Mədən küçəsində Aqşin Quliyevin evi ilə üzbəüz mənzildə kirayə yaşayıb və daha sonra həmin evi tərk edərək başqa yerə köçüb. Bir müddət əvvəl A.Quliyevin ailəsində qısanclıq zəminində münaqişə yaranıb və o, təxminnə 1 ay əvvəl həyat yoldaşını evdən qovub. Bundan sonra həyat yoldaşının daha əvvəl qonşuluqda kirayə yaşamış İlhamla gizli münasibətinin olduğunu öyrənən Aqşin İlhamla telefon əlaqəsi yaradaraq onunla görüşüb-söhbət etmək istədiyini bildirib. Dəvətdən imtina etməyən İ.Həşimov Aqşinin evinə gəlib. Burada onların arasında münaqişə baş verib və ev sahibi həyat yoldaşı ilə münasibətinin olduğundan şübhələndiyi keçmiş qonşusunun başına küt alətlə zərbələr endirib. O, daha sonra İlhama bıçaqla zərbələr endirərək onun ölümünə əmin olub.

Bildirilir ki, A.Quliyev barəsində hazırda Binəqədi rayon Polis İdarəsində də başqa əməllə bağlı cinayət işinin istintaqı aparılır.

Bu səbbədən də törədilmiş qətl hadisəsinin istintaqı Bakı Şəhər Prokurorluğuna tapşırılıb.