Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda psixoloji problemləri olan şəxs evdən qaçıb. “Peyk.AZ”nun verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatr

Bakıda ruhi xəstə olan əcnəbi evdən qaçdı

Bakıda psixoloji problemləri olan şəxs evdən qaçıb.

“Peyk.AZ”nun verdiyi xəbərə görə, bu barədə Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasının həkimi Allahverdi Cəlilov polisə müraciət edərək məlumat verib.

O bildirib ki, qulluq etdiyi ruhi-əsəb xəstəsi olan Qazaxıstan vətəndaşı, 1996-cı il təvəllüdlü Armin Nazar Radjuh mayın 29-da yaşadığı evin pəncərəsindən qaçıb və bir daha geri qayıtmayıb.

İtkin düşmüş şəxsin yerinin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.

Murad Əhməd