Home Kriminal Bakıda universitetdə DƏHŞƏTLİ HADİSƏ: gənc oğlan tələbə yoldaşını tualetdə bıçaqladı

Bakıda universitetdə DƏHŞƏTLİ HADİSƏ: gənc oğlan tələbə yoldaşını tualetdə bıçaqladı

174
0

Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

PEYK.AZ publika.az-a istinadən xəbər verir ki, Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here