Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb. Oxu.Az xəbər verir ki, 12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib. Belə ki, finala vəsiqə qazanan...

Bakıda yarımçıq saxlanılmış Dünya Kubokunda mükafatlandırılanlar olacaq

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi Bakıdakı yarışlarla bağlı qərarlarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, 12-15 mart tarixlərində Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku martın 13-də koronavirusa görə yarımçıq saxlandığından, bu yarış barədə qərar verilib.

Belə ki, finala vəsiqə qazanan idmançıların təsnifat mərhələsindəki göstəriciləri yekun sayılacaq və onlar mükafatlandırılacaq.

Həmçinin, 2020-ci ildə təxirə salınmış dünya çempionatları ilə bağlı da qərarlar açıqlanıb. Bu il 14-16 mayda Bakıda keçirilməsi planlaşdırılmış, lakin təxirə salınmış aerobika gimnastikası üzrə dünya çempionatı 2021-ci ildə baş tutacaq. Bunun üçün Azərbaycan Gimnastika Federasiyası ilə yeni tarixlər müzakirə olunacaq.

Qeyd olunub ki, Kopenhagendəki idman gimnastikası və Bakıdakı batutda tullanma üzrə dünya çempionatları, əvvəlki kimi, 2021-ci il tarixlərində keçiriləcək. Həmçinin, 2021-ci ildə keçiriləcək bədii gimnastika üzrə dünya çempionatına namizəd ölkənin axtarışı prosesinin davam etdiyi vurğulanıb.

Səbuhi Musayev