Bakıda yol qəzası baş verib, xəsarət alan var- VİDEO

Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib

Bakıda yol qəzası baş verib, xəsarət alan var- VİDEO

Bakı şəhəri, ;Qaradağ rayonu Lökbatan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, “Mercedes” markalı minik avtomobili yük maşınının qoşqusuna çırpılıb.

Hadisə nəticəsində xəsarət alan var.

Həmçinin minik avtomobilinə ciddi zərər dəyib və alışma təhlükəsi yaranıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.