Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlama

Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlama
https://pey.az

Son günlər paytaxtımızın turist qonaqları sırasında öz qəribə görünüşü ilə diqqət çəkən turist müzakirlərə səbəb olub. Onun saysız- hesabsız tatu və pirsinqləri, hətta "buynuzları" da vardı. İnsanların marağında olan Rolf Buchhols adlı turistin 60 yaşlı əslən alman olduğu məlumdur. Sosial şəbəkələrdə digər bir məqam isə həmin turistin fotoları ilə bağlı olub. Belə ki, fotolarda Rolf özünü qarmağa keçirərək havada asılı qalıb. O bədənində çoxsaylı deşiklər açaraq bu hərəkəti edib. Maraqlıdır, bədənin çəki nisbətini nəzərə alsaq bu fotoların həqiqiliyi nə dərəcədə həqiqəti əks etdirir?
Bununla bağlı Sonxeber.az dermato- veneroloq Sabit Məmmədovun fikirlərini öyrənib. Həkim açıqlamasında tibbdə elastik dəri adlı elers- danlos sindromunun olduğunu qeyd edib:
"Elers- danlos sindromunda dərinin elastik əlamətlərindən başqa digər əlamətləri də var ki, bu zaman qolun dərisini tutub 10 sm yuxarı çəkə bilirsiniz, alt dodağı yuxarı dartıb gözlərinizi örtə bilirsiniz. Bundan əlavə əl barmaqlarını arxaya qatlayıb qolunuza toxundura bilirsiniz. Normal bir insan əl barmağını tam arxaya qatlaya bilməz, amma bu insanlarda bu mümkün olur".
Sabit Məmmədov bu sindromda elastiklikliyin həm oynaqlarda, həm dəridə olduğunu vurğulayıb. Həkim həmçinin adıçəkilən turistin qarmağa keçirilərək havadan asılı qalmasını bu sindromla əlaqələndirməyib və şou adlandırıb:
"Bu sadəcə şoudur. Bunun elastik dəri xəstəliyi ilə heç bir əlaqəsi yoxdur. Diqqətlə baxsaq, onun bədənindən ən azı 8-9 ip dartılır. Bu da fizikanın qanunudur. Rolfun çəkisinin 70 kq nəzərdə tutsaq, hər ipə 7-8 kq yük düşür. Bu halda dəri bu çəkiyə dözə bilir. Əgər hər yükə bundan daha çox ağırlıq düşsə, dəri cırıla bilər. Ola bilsin həmin şəxs bu məşqi bir dəfə etməyib, tədricən bədənini öyrəşdirərək edib".
Qeyd edək ki, artıq turistin Bakını tərk etdiyi deyilir. O, bədənində 453 pirsinq ilə dünyada bədənində ən çox deşik olan adam kimi tanınır. Təkcə dodaqlarında 94 pirsinq var. Bu göstərici ilə o Ginnesin rekordlar kitabına düşə bilib.

Şəlalə Babayeva
Bakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlamaBakının pirsinqli qonağı özünü qarmağa keçirib havadan necə asılı qalır?-Həkimdən açıqlama