Banklar niyə bəzi rubl və avro ödənişlərini qəbul etmilər? - EKSPERT AÇIQLADI

Bankların xarici valyutalarla həyata keçirilən əməliyyatlardan imtina etməsi kimi hallar uzun müddətdir ki, geniş yayılıb və insanların narazılığına səbəb olur. Bəzən banklar aşağı məbləğdə rubl əskinaslarını qəbul etmirlər, həmçinin 500 avroluq əskinasın da götürülməməsi insanlarda sual doğurur.

Banklar niyə bəzi rubl və avro ödənişlərini qəbul etmilər? - EKSPERT AÇIQLADI
https://www.peyk.az

Metbuat.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib. Saytımıza danışan iqtisadçı İlham Əzizov bildirdi ki, əgər belə hallar baş verirsə, bu qeyri-qanunidir:

“Belə bankların olmasını mən eşitməmişəm, varsa, qeyri-qanunidir. Ümumiyyətlə dövriyyədə olan pul vəsaitlərini bankların qəbul etməməsi qanuni deyil. Böyük əskinazların qəbul edilməməsi onların saxta olması ilə əlaqədar ola bilər. Bu elə də ciddi problem deyil, belə halla rastlaşmamışam. Dövriyyədə olan pulu bank qəbul etməlidir, başqa variantı yoxdur.

Qaldı ki, rus rubluna, rublun kiçik əskinazları bizim pulla qəpik-quruş edir deyə, götürülməyə bilər. Yaxın müştərilərindən götürürlər, digər müştərilərdən isə aşağı qiymətlə götürürlər. Bunların hamısı qeyri-qanunidir və Milli Bank, Maliyyə Nəzarət Palatası bunların hamısına nəzarət edir”.

İqtisadçı Elman Sadıqov mövzu ilə əlaqədar sualarımızı cavablandırarkən vurğuladı ki, bu məsələdə mütəxəssis rəyindən daha çox həmin bankların özünün açıqlaması önəmlidir:

"Azərbaycanda rublla əməliyyatlatların həyata keçirilməməsi ilə bağlı banklara hər hansı bir rəsmi və ya qeyri-rəsmi göstəriş yoxdur. Burada yalnız bir istisna ola bilər. Maliyyə Monitorinqi Xidməti var, onlarda şübhəli əməliyyatların siyahısı var, məsələn, terrorizmin dəstəklənməsi, çirkli pulların yuyulması. Yaxud köçürülən pulun erməni soyadı olan şəxsə köçürülməsi kimi şübhəli əməliyyatlar olur. Adətən banklar bu kimi əməliyyatlardan imtina edirlər. Düşünürəm ki, bu kimi hallar olduqda bankların imtina etməyə haqqı var və bu hallarda səbəblər barədə müştəriyə geniş məlumat vermirlər. Yox əgər bu hallardan biri deyilsə, başqa bir səbəbdən hansısa bank rubl əməliyyatından imtina edibsə, konkret olaraq müştərinin özünün haqqı var ki, bunun səbəblərini bankdan tələb etsin. Ümumiyyətlə təkcə rubl deyil, istənilən valyuta ilə əgər bank əməliyyatı həyata keçirməyibsə, orada bankın əsaslı səbəbləri də olar bilər".

Məsələ ilə bağlı müraciət etdiyimiz ekspert Elmir Əliyev isə 500 avroluq əskinazın banklar tərəfindən götürülməməsinin normal hal olduğunu, Avropada da eyni hal yaşandığını qeyd etdi. Ekspert rublla bağlı problemdən xəbərdar olmadığını bildirdi.