Banqladeşdə rekord göstərici qeydə alındı

Banqladeşdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutkada 3 171 nəfərdə koronavirus aşkarlanıb. “Qafqazinf

Banqladeşdə rekord göstərici qeydə alındı

Banqladeşdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutkada 3 171 nəfərdə koronavirus aşkarlanıb. “Peyk.AZ” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Baqladeşin Epidemiologiya, Xəstəliklərə Nəzarət və Araşdırma İnstitutu məlumat yayıb.

İnsitutun saytında yerləşdirilən məlumatlara əsasən, daha əvvəlki rekord göstərici iyunun 2-də qeydə alınmışdı ki, həmin gün koronavirusa yoluxanların sayı 2 911 nəfər təşkil edirdi.

Koronavirusa yoluxanların ümumi sayı 71 675-dir. Son sutka ərzində 45 ölüm halı qeydə alınıb. Ümumilikdə ölkədə 975 koronaviruslu xəstə dünyasını dəyişib. İndiyədək 15 337 nəfər sağalıb.