Baris-pinari-suriyada-480-terrorcu-məhv-edilib-daha-bir-rayon-təmizləndi-foto

Baris-pinari-suriyada-480-terrorcu-məhv-edilib-daha-bir-rayon-təmizləndi-foto
https://peyk.az

Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birgə PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın şimalındakı Rəkka əyalətinin Tel-Abyad rayonunun cənub-şərqindəki Suluq mərkəzi terrorçulardan tam azad edib.

 
 

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirlib ki, Suriya Milli Ordusunun əsgərləri ərazini tam nəzarətə götürüb və hazırda axtarış-xilasetmə işləri aparırlar.

Suriya Milli Ordusu “Barış pınarı” əməliyyatı nəticəsində Tel Abyadın Savami əl-Dəhliz kəndinin azad edildiyini açıqlayıb.

Qeyd edək ki, “Barış pınarı” antiterror əməliyyatı çərçivəsində PKK/PYD və YPG terror qruplaşmalarının 490 terroçusu zərərsizləşdirilib.