Barselona Malyorkaya böyük hesabla qalib gəlib

İspaniya La Liqasının 28-ci turunun matçında "Maloyrka" "Barselona"nı qəbul edib.

Barselona Malyorkaya böyük hesabla qalib gəlib

İspaniya La Liqasının 28-ci turunun matçında "Malyorka" "Barselona"nı qəbul edib.

“Report” xəbər verir ki, görüş "İberostar" stadionunda keçirilib və qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda ilk qolun müəllifi topu ikinci dəqiqədə rəqibin qapısından keçirmiş yarımmüdafiəçi Arturo Vidal olub. Fasiləyə qədər hücumçu Martin Braytvayt qonaqların üstünlüyünü artırıb. Matçın 79-cu dəqiqəsində müdafiəçi Jordi Alba hesabı 3:0-a çatdırıb. Oyuna əlavə edilmiş vaxtda hücumçu Lionel Messi son nöqtəni qoyub - 4:0. ;

"Barselona" İspaniya çempionatının yarış cədvəlinə başçılıq edir. ;Kataloniyalılar 5 xalla Madrid "Real"ını qabaqlayırlar. ;