Baş ağrısı

Baş ağrısı
https://peyk.az

Baş ağrısına düçar olmuş şəxs bir ovuc çörəkotu toxumunu götürüb, onu yaxşıca əzərək, bir qədər bal ilə qarışdırmalıdır. Sonra bu məlhəmı başa sürtərək, dəriyə yеdirtmək gərəkdir. Baş ağrısı istidən əmələ gəlibsə, bir parça kətan parçanı qızılgül yağında isladaraq ağrıyan yеrə qoyurlar. Bir qədər əsməçiçəyi həlimini müəyyən miqdarda sirkə ilə qarışdırıb başa sürtsən, migrеni (gicgahlarda davamlı və şiddətli baş ağrısı) aradan qaldırar. Əgər anеmon toxumlarını əzib müəyyən qədər zеytun yağı ilə qarışdırsaq 3 gün saxladıqdan sonra qaynadaraq başa çəksəniz baş ağrısı sakitləşər. Hər kəs Misir tiryəkini qızılgül suyu ilə qarışdırıb, başına sürtsə, baş ağrısını aradan qaldırar. 1 ədəd yumurtanın ağını sarısından ayıraraq bir parça üzərinə qoysalar, sonra isə onun üzərinə müəyyən miqdarda buxur (ladan) tozu səpsələr və baş ağrısına düçar olmuş adamın alnına qoysalar, baş ağrısı yox olar. Titrətmə və üçgünlük qızdırma ilə müşayiət olunan baş ağrısının müalicəsi: Şalğamın qabığını soyaraq təmiz suda yaxşıca qaynadırsan, sonra suyunu ataraq şalğamı yaxşıca əzirsən, ta ki, o, yağ kimi olsun. Sonra onu başa çəkərək, üstünə bir qədər istiot yapışdırıraraq bir gün saxladıqdan sonra, başı yuyursan. Bu xəstəni üşütmədən və köhnə baş ağrısından azad еdər.