Baş nazirdən karantin rejiminin pozulmasına görə cərimələrlə bağlı QƏRAR

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.

Baş nazirdən karantin rejiminin pozulmasına görə cərimələrlə bağlı QƏRAR

"Ölkə.Az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla karantin rejiminin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.

Baş nazirin qərarı ilə karantin rejiminin pozulmasına görə cərimələr də bu təsnifata salınıb.