"Bavariya" düzgün qərar verdi" - Niko Kovaç

"Bavariya"dan istefaya göndərilən Niko Kovaç bununla bağlı fikirlərini bölüşüb.

https://peyk.az

Xorvatiyalı mütəxəssis klubun saytına açıqlamasında Münhen təmsilçisinin doğru qərar verdiyini bildirib:

"Düşünürəm ki, indiki vaxtda düzgün qərar verdildi. Nəticələr və son oyunumuz məni bu qərarı qəbul etməyə məcbur etdi. Son bir il yarıma görə "Bavariya"ya minnətdaram. Bu müddətdə komandamız Bundesliqanın qalibi oldu, Almaniya kubokunu və superkubokunu qazandı. Yaxşı vaxtlar idi. Kluba və komandaya hər şeyin yaxşısını aruzlayıram".

Xatırladaq ki, N.Kovaç 2018-ci ildən "Bavariya"nı çalışdırırdı.