Home Ölkə Bayramda aztəminatlı ailələrə pul veriləcək – 5 milyon ayrıldı

Bayramda aztəminatlı ailələrə pul veriləcək – 5 milyon ayrıldı

219
0

Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilsin.
Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5 milyon manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılır ki, birdəfəlik yardımın ünvanlı dövlət sosial yardımı alan ailələrin hesablarına köçürülməsini təmin etsin.

Nazirlər Kabineti və Maliyyə Nazirliyinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here