BDU təkzib etdi – Yataqxanadakı olaya reaksiya

Bakı Dövlət Universiteti ali məktəbin yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə yayılan məlumatı təkzib edib.

BDU təkzib etdi – Yataqxanadakı olaya reaksiya
https://peyk.az

BDU-nun mətbuat katibi Pərvanə İbrahimova bildirib ki, universitetin yataqxanasında iki tələbə qızın vəziyyətinin pisləşməsi ilə bağlı yazılanların həqiqəti əks etdirmir.

“Hadisə Bakı Dövlət Universitetinin yataqxanasında deyil, tələbə qızların kirayədə qaldıqları mənzildə baş verib. Xalaqızları olan tələbələrdən biri Bakı Dövlət Universitetinin, digəri isə başqa universitetin tələbəsidir. İlkin diaqnoz mədə-bağırsaql iltibahıdır. Tələbələrin vəziyyəti qənaətbəxşdir”, - deyə Pərvanə İbrahimova qeyd edib.