“Beşiktaş”a keçəcəyi deyilən futbolçunu “Qarabağ” da istəyir?

“Beşiktaş”ın transfer hədəfində olduğu deyilən Türkiyənin “Boluspor” klubunun panamalı futbolçusu Orlando Moskeranı Azərbaycandan da istəyirlər. Oxu.Az xəbər verir ki, “Radyospor”da qonaq olan panamalı qapıçının meneceri Təkin Birinci müştərisinə Türkiyədən kənarda da maraq olduğunu bildirib: “Moskera üçün hazırda “Beşiktaş”dan bizə təklif...

“Beşiktaş”a keçəcəyi deyilən futbolçunu “Qarabağ” da istəyir?

“Beşiktaş”ın transfer hədəfində olduğu deyilən Türkiyənin “Boluspor” klubunun panamalı futbolçusu Orlando Moskeranı Azərbaycandan da istəyirlər.

Oxu.Az xəbər verir ki, “Radyospor”da qonaq olan panamalı qapıçının meneceri Təkin Birinci müştərisinə Türkiyədən kənarda da maraq olduğunu bildirib:

“Moskera üçün hazırda “Beşiktaş”dan bizə təklif gəlməyib. Onun ölkə daxilindən və xaricindən izlənildiyini bilirik. Moskeranın “Boluspor”la mövsümün sonunadək müqaviləsi var. Ancaq “Boluspor” istəyərsə, oyunçunun müqaviləsinin müddətini daha bir il uzada biləcək.

Moskera “Beşiktaş”la bağlı transfer xəbərlərini mediadan izləyir. Onun üçün Azərbaycandan güclü bir komanda mənə zəng vurdu və hazırkı vəziyyətini soruşdu. Mən də hazırda futbol haqqında söhbət etməyin mümkün olmadığını dedim”.

Menecerinin sözlərinə görə, Orlando Moskera “Boluspor”a gəlməzdən əvvəl Panamada ilin futbolçusu seçilib. Yanvarda Panamanın “Tauro” klubundan transfer edilmiş 25 yaşlı qapıçı Türkiyənin I divizionunda meydançaya çıxdığı 10 matçda 11 top buraxıb.

Qeyd edək ki, Azərbaycandan bu futbolçunu istəyən komandanın “Qarabağ” olduğunu ehtimal etmək olar. Çünki Ağdam klubu bosniyalı Asmir Beqoviçin İtaliyanın “Milan” klubuna keçidindən sonra uzun müddətdir ki, legioner qapıçı axtarışındadır.

Səbuhi Musayev