"Beşiktaş"da şok istefa - SON DƏQİQƏ

https://www.peyk.az

"Beşiktaş" futbol klubunda şok istefa xəbəri reallaşıb.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, klubun prezidenti Fikrət Orman istefa verdiyini açıqlayıb. O, sabah klubun rəhbərləri arasında iclas keçiriləcəyini qeyd edib.

Qeyd edək ki, klubun 33-cü prezidenti olan Fikrət Orman 2012-ci ildə keçirilən seçkilərdə qalib gələrək prezident seçilmişdi. Onun rəhbərliyi dövründə "Beşiktaş" Avropadakı uğurlu çıxışı ilə yadda qalmışdı.