Beyl və komanda yoldaşlarına qolf qadağası

Uels Futbol Federasiyası milli komandanın futbolçularına Avro-2020 zamanı qolf oynamağa qadağa qoyacaq.

Beyl və komanda yoldaşlarına qolf qadağası
https://peyk.az

Peyk.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə qurumun nümayəndəsi Conatan Ford məlumat verib.  “Bəzi futbolçularımızın qolfa olan sevgisini normal qarşılayıram. Ancaq diqqətli olmalıyıq. Qolf oynamaqlarına icazə verməklə oyunçuların sağlamlıqlarını riskə ata bilmərik".

O, komandanın baş məşqçisi Rayan Giqqzin də bu qadağanı dəstəklədiyini söyləyib: "Giqqz turnir ərzində bütün fikrimizin yalnız futbolda olmasını istəyir. Bununla bağlı fikri qətidir."
 
Qeyd edək ki, Qaret Beyl başda olmaqla bəzi uelsli futbolçuların qolf oynamağa böyük marağı var.