Beyləqanda karantin rejimini pozan üç nəfər saxlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin...

Beyləqanda karantin rejimini pozan üç nəfər saxlanıldı

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkəmizdə koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər savaş m etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat qulluq inin Bərdə regional qrupundan verilən məlumata görə, mütəmadi olaraq küçə və prospektlərdə post-patrul maşınlarından səsgücləndiricilər vasitəsilə operativ qərargahın tələbləri səsləndirilir.

Həmçinin qonşu rayonlarla sərhəddə postlar qurulub, rayona giriş-çıxış nəzarətə götürülüb. Bundan başqa, əhalinin sıx toplaşacağı ərazilər də polis tərəfindən müşahidə altında saxlanılır. Sakinlərə sosial məsafənin qorunması və digər təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.

Eləcə də, rayon ərazisində qaydaların pozulmasının qarşısının alınması məqsədilə patrul qulluq i yerinə yetirilir, qaydanı pozan şəxslər cərimələnir. Ümumilikdə, rayon ərazisində 82 nəfər barəsində protokol tərtib edilib, üç nəfər inzibati qaydada həbs edilib.

Bu istiqamətdə tədbirlər müəyyən olunmuş rejim müddətində savaş m etdiriləcək.