Beynəlxalq Bankda yeni təyinat

Nərminə Hüseynzadə “Azərbaycan Beynəlxalq Bankı”na yeni Agile coach təyin edilib.

Beynəlxalq Bankda yeni təyinat

Nərminə Hüseynzadə “Azərbaycan Beynəlxalq Bankı”na yeni Agile coach təyin edilib.

“Report”un məlumatına görə, o, ötən gün bu vəzifəyə təyin edilib.

N.Hüseynzadə həmçinin Azərbaycanda “Agile Azerbaijan” cəmiyyətinin yaradıcısıdır.

O, ötən ilin noyabrına kimi 16 illik müddət ərzində “Bank of Baku” ASC-də (BoB) çalışırdı. Qeyd edilən tarixdə BoB-u tərk etdiyi məlum olmuşdu.

BoB-da 2009-cu ilə qədər şöbə müdri, 2017-ci ilə qədər isə Biznes prosesləri departamentinin direktoru və sonuncu vəzifəsi isə Məhsulların idarə edilməsi departamentinin direktoru idi.