Biləsuvarda qonşusuna odlu silahdan atəş açan şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, hadisə iyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində baş verib.

Biləsuvarda qonşusuna odlu silahdan atəş açan şəxs saxlanıldı

Kənd sakini ;O.Muradovun xuliqanlıq zəminində qonşusu ;A.Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O.Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb. ;

Ölkə.Az